...

Biznes-forum Azərbaycan və İran biznesmenləri arasında kooperasiyanın güclənməsinə yardım edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2008 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral/ " müxbir İ.Xəlilova/ Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçirilən birinci Azərbaycan-İran biznes- forumu iki ölkə arasında mal dövriyyəsi və kapital yatırımının genişlənməsinə yardım edir. Bu barədə cümə günü İİN-in sahibkarlığın inkişafı siyasəti şöbəsi müdirinin müavini Hüseyn Paşayev məlumat verib.

2007-ci ildə Azərbaycan və İran arasında mal dövriyyəsi, 2006-cı ilə nisbətən 41,3 faiz artaraq, $540 mln. təşkil edib. Bununla bərabər, idxal əməliyyatları $105 mln. (artım 22 faiz), ixrac əməliyyatları isə $435 mln. (artım 46 faiz) həcmində həyata keçirilib.

Bugünkü biznes-forumda İran tərəfdən, əsasən, aqrar sektorun- süd, ət məhsulları istehsalı, yem, əkinçilik sahəsinin nümayəndələri iştirak edirlər. 40 nəfərlik nümayəndə heyətinə turizm, tikinti, toxuculuq sənayesi, ticarət sahələrinin nümayəndələri daxildir. Azərbaycan tərəfindən analoji sferalardan təqribən 50 sahibkar iştirak edir.

Paşayevin sözlərinə görə, ötən il Azərbaycanda İran investisiyaları əvvəlki illərlə müqayisədə üç dəfə artıb. O, azərbaycanlı biznesmenlərin də ölkədən kənarda investisiya yatırmaq haqqında düşündüklərini hesab edir. Buna parlaq nümunə Gürcüstandır. Orada aparılan iqtisadi islahatlar və münasib investisiya iqliminin yaradılması azərbaycanlı biznesmenlərin də diqqətini cəlb edib.

"Ümumilikdə postsovet məkanı ölkələri cəlb edicidir və əsasən, onlarla əməkdaşlıq aparılır", - Paşayev bildirib.

AZPROMO-nun prezidenti Emil Məcidov əmindir ki, İranın istehsal ənənələrinin mənzərəsini nəzərə alaraq, iki ölkənin biznesmenləri arasında ishtehsalat tərəfdaşlığının təşkili mümkündür. Birgə müəssisəni tikinti materialları, kənd təsərrüfatı texnikası sahəsində yaratmaq mümkün olacaq.

Bu gün İranda meyvə və tərəvəzin qablaşdırılması və kalibrləmə üzrə iş təşkil edilib. "AR və İİR-in eyni ehtiyatları və investisiyaları var, lakin bu ölkə bu yolu keçib", - Məcidov bildirib.

Onun sözlərinə görə, bu il ilk dəfə olaraq, AZPROMO-nun tədbirlər planına, böyük bazar olduğu üçün, Azərbaycan-İran biznes-forumunun keçirilməsi daxil edilib.

Ərdəbil qubernatorunun birinci müavini Məcid Qədəri Azərbaycan biznesini iqtisadiyyatın bütün sahələrində sıx əməkdaşlığa çağırıb. Forumun yekunlarına görə, iki ölkə biznesmenləri arasında ikitərəfli danışıqlar keçirilib.

Xəbər lenti

Xəbər lenti