...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2008 11:49 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir İ.Xəlilova / Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0002 bənd möhkəmlənib (0,02 faiz). Ötən həftə orta məzənnə 1 ABŞ dollarına görə 0,84402 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi fevralın 18-19-da 1 ABŞ dollarına nəzərən 0,8441 manat, minimum isə, fevralın 22-də 1 ABŞ dollarına 0,8439 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
11fevral 0,8444 18fevral 0,8441
12fevral 0,8442 19fevral 0,8441
13fevral 0,8442 20fevral 0,8440
14fevral 0,8441 21fevral 0,8440
15fevral 0,8441 22fevral 0,8439
Həftə ərzində orta 0,8442 Həftə ərzində orta 0,84402

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində, birja məzənnəsi 0,0003 bənd (0,03 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,84398 manat səviyyəsində müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi fevralın 18 və 19-da 1 ABŞ dollarına 0,8441 manat, minimum isə fevralın 20 1 ABŞ dollarına 0,8438 manat müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): fevralın 18-də - 0,8441 AZN/USD məzənnəsi ilə $1,045 mln., fevralın 15-də - 0,8617 AZN/USD məzənnəsi ilə $5,425 mln., fevralın 20-də - 0,8438 AZN/USD məzənnəsi ilə $1,31 mln., fevralın 21-də - 0,8440 AZN/USD məzənnəsi ilə $0,2 mln. və fevralın 22-də - 0,8439 AZN/USD məzənnəsi ilə $30,355 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
11fevral 0,8444 18fevral 0,8441
12fevral 0,8442 19fevral 0,8441
13fevral 0,8442 20fevral 0,8440
14fevral 0,8441 21fevral 0,8440
15fevral 0,8441 22fevral 0,8439
Həftə ərzində orta 0,8442 Həftə ərzində orta 0,84402
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
11fevral 0,8440 18fevral 0,8441
12fevral 0,8441 19fevral 0,8441
13fevral 0,8439 20fevral 0,8438
14fevral 0,8441 21fevral 0,8440
15fevral 0,8436 22fevral 0,8439
Həftə ərzində orta 0,84394 Həftə ərzində orta 0,84398

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və T+2 BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.

Ötən həftə EUR/AZN T+0 aləti üzrə 431 119 manata bərabər həcm qeydə alınıb.

Bununla yanaşı, fevralın 19-da sövdələşmələr orta çəkili məzənnə 1 EUR üçün 1,1660 manat olmaqla 18 850 manat, fevralın 22-də isə, orta məzənnə 1 EUR üçün 1,2493 manat olmaqla, 412 269 manat həcmində olub.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərin qiyməti sabit qalıb və keçən həftənin 16 manat səviyyəsində olub.

Çeklərin istifadə müddəti 2010-cu ildə başa çatır.

Xəbər lenti

Xəbər lenti