...

Azərbaycanda hərbi qulluqçu-təqaüdçülərə xidmət üçün "Kapital Bank" seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2008 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral/ , müxbir İ.Xəlilova/ Azərbaycanın hərbi qulluqçuları plastik kartlar vasitəsilə təqaüd ala biləcəklər. Bununla əlaqədar Əhalinin Sosial Müdafiəsi üzrə Dövlət Fondu (ƏSMDF) yarımdövlət "Kapital Bank" ilə danışıqlara başlayıb. Bu barədə Dövlət Fondunun sədri Səlim Müslümov məlumat verib.

ƏSMDF-in kollegiyasının qərarı ilə hərbi qulluqçu-təqaüdçülərə xidmət üçün "Kapital Bank" seçilib.

"Biz onların hamsını mərkəzləşdirilmiş qaydada - ƏSMDF tərəfindən yaradılan xüsusi departament vasitəsilə xidmət göstərilməsinə keçirmək niyyətindəyik" - Müslümov bildirib.

Bununla əlaqədar olaraq o, hərbi qulluqçu - təqaüdçülər üzrə pasport məlumatlarının yığılmasına yardım üçün "Kapital Bank"ın filiallarına müraciət edib. Bankın bütün respublika üzrə filiallarının sayı 87-dir.

Müslümovun sözlərinə görə, bu departamentə xüsusi kateqoriyalı təqdaüdçülər (prokurorluq orqanları, məhkəmə sistemi, Ombudsman aparatı, Milli Məclis, dövlət xidmətində işləyənlər) üzrə məlumat bazasını keçirmək planlaşdırır.

Bu gün kartlar vasitəsilə pensiya alan təqaüdçülərin 33 faizinə "Kapital Bank" vasitəsilə xidmət göstərilir. Bank ötən il ərzində əlavə olaraq 165 min təqaüd kartı buraxıb. İndi onların sayı 286 mindir. Buna baxmayaraq, bu bank vasitəsilə hazırda 374,4 min tədaqüdçü pensiya alır. Bütün respublika üzrə 1,250 mln. təqaüdçü var.

ƏSMDF rəhbəri rayon mərkəzlərindən uzaqda yerləşən yerlərdə (kəndlər, kənd yerləri) pensiyaların verilməsi prosesinin avtomatlaşdırılması prosesini sürətləndirmək üçün banka müraciət edib.

Ölkə regionlarında əlavə olaraq 139 bankomatın qurulmasına ehtiyac var və onlardan 80-i "Kapital Bank"ın payına düşür. Bank respublika üzrə artıq 86 bankomat quraşdırıb (2007-ci ildə onların sayı daha 18 bankomat artıb) və onlardan yalnız 14-ü kənd yerlərinə düşür.

Təqaüdçülər üçün "Kapital Bank" tərəfindən buraxılan kartların sayı da 165 mindən 286 minədək arıtb. Bank ümumilikdə 374,4 min təqaüdçüyə xidmət göstərir. Bir il əvvəl isə onların sayı 291 min olub.

ƏSMDF ötən il təqaüdçülərə xidmət göstərilməsinə görə komisyon haqqı kimi "Kapital Bank"a 10,4 mln. manat ödəyib.

Xəbər lenti

Xəbər lenti