...

Azərbaycanda həyat sığortası ən inkişaf etmiş sığorta növü ola bilər - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2008 16:08 (UTC +04:00)
Azərbaycanda həyat sığortası ən inkişaf etmiş sığorta növü ola bilər - ekspert

Azərbaycan, Bakı, 03 mart / " müxbir Ü.İsmayılova /Yaxın günlərdə Azərbaycanda həyat sığortası sığortanın ən inkişaf etmiş növünə çevrilə bilər. Bu haqda bazar ertəsi Azərbaycan-Türk Müştərək "Basak Inam" sığorta şirkətinin sabiq əməkdaşı, ekspert Dövlət Səlimov məlumat verib.

Ekspertin sözlərinə görə, hazırda Azərbaycanda həyat sığortası inkişaf etməsə də, bu növ dünya sığorta bazarının lokomativi hesab olunur. Dünyanın inkişaf etmiş sığotra bazarına malik olan ölkələrin sığorta şirkətlərinin 65 faizi təkcə həyat sığortası ilə məşğul olur.

Səlimovun sözlərinə görə, həyat sığortası ayrıca sahə kimi qiymətləndirilir. Hətta bəzi Avropa ölkələrində gəlirli sahə olduğuna görə bir çox şirkətlər ancaq bu növlə məşğul olur.

Dünyada həyat sığortasının geniş inkişafına baxmayaraq, Azərbaycanda əhali sığortanın bu növünü ciddi qiymətləndirmir.

Ekspertin rəyinə görə, həyat sığortasının inkişafına aşağıdakılar mane olur:

- əhalinin inamsızlığı,

- ölkədə işsizlik probolemi,

- əhalinin gəlir səviyyəsi,

- bu sığorta növündə kadr çatışmazlığı,

- həyat sığortasının təşviqatının aşağı səviyyəsi,

- sığortanın bu növünün idarə edilməsi mədəniyyəti

Xidmətin inkişafı üçün lazımdır:

- genişmiqyaslı maarifçilik işləri,

- sığorta universitetlərinin inkişafı,

- əhalinin aylıq əmək haqlarının artırılması,

- şirkətlərdə marketinq sisteminin inkişafı,

- ölkədə aktuar institutun yaradılması,

- şirkətlərdə sığortanın bu növ üzrə kadr potensialının inkişafı,

- əhali tərəfindən anlayış.

Müəlliflə əlaqə ünvanı: capital

Xəbər lenti

Xəbər lenti