...

NİKOYL bankı fermerlərə mikrokreditlər verilməsi üzrə proqramın yekunlarını elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2008 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / " / 2007-ci ilin iyulundan mikrokreditləşmə ilə məşğul olan NİKOYL bankı tərəfindən çərşənbə axşamı verilən açıqlamaya görə, fermerlərə verilən mikrokreditlərin həcmi ötən mərhələdə 2,9 mln. manat təşkil edib.

Kreditlər 267 borclular qrupunda birləşən 4495 fermərə verilib. NİKOYL bankının mikrokreditləşmə proqramı Ağdam, Ağcabədi, Astara, Bərdə, Qəbələ, Yevlax, Lənkəran, Masallı, Samux, Tərtər, Tovuz və Xanlar rayonlarında ümumilikdə 91kəndi əhatə edir.

Kreditlər qrup üzvlərinin zaminliyilə girovsuz əsaslarla 25-26 faizlə verilib.

NİKOYL bankı martın 1-də Yevlaxda mikrokreditləşmə proqramının yekunları ilə bağlı keçirilmiş iclasında bu istiqamətdə atılacaq gələcək planlar haqqında müzakirələr aparıb. Cari ilin sonunadək 5 mln. manat məbləğindan az olmayan "fermer" kredit rpoqramının tətbiqi məsələsi hazırlanıb. Xüsusilə, fermerlər üçün ərzaq sıralarının yaradılması zəruriliyi qeyd olunub. Kənd təsərrüfatı mütəxəssislərinə maddi və mənəvi dəstək mexanizminin yenidən işlənib hazırlanması haqqında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti