...

Qazaxıstanın ixrac siyasətinin dəyişməsi Azərbaycanda çörəyin qiymətinin artmasına səbəb ola bilər – ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2008 18:20 (UTC +04:00)
Qazaxıstanın ixrac siyasətinin dəyişməsi Azərbaycanda çörəyin qiymətinin artmasına səbəb ola bilər – ekspert

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbir U.İsmayılova/ Cari ilin sentyabr ayında yeni məhsul yığımına qədər Qazaxıstan tərəfindən buğda ixracına qoyulan qadağa Azərbaycanda çörək və çörək məhsullarının qiymətinin minimum 15 faiz artamasına gətirib çıxaracaq. Bu barədə Azərbaycanın "Azad İstehlakçılar Birliyi"nin rəhbəri Eyyub Hüseynov bildirib.

"İxracın qiymətlərə belə fəal təsiri Azərbaycanda kənd təsərrüfatı fəaliyyətinin aparılması üçün əlverişsiz şərtlərin olmasıdır", - deyə Hüseynov çərşənbə günü bildirib.

Hüseynovun sözlərinə görə, 2007-ci ilin yanvar ayında Tarif Şurasının ölkədə enerji daşıyıcılarının qiymətinin artırılmasına dair qərarı fermerlərin üçdə bir hissəsinin kənd təsərrüfatı fəaliyyəti aparmaqdan imtina etməsinə gətirib çıxardı ki, bu da çörək və çörək məhsullarının qiymətində öz əksini tapdı.

Ötən ilin yayından Azərbaycanda çörəyin qiymətində artım müşahidə olunmağa başlayıb. Ekspertlər hesab edirlər ki, qiymət artımı xüsusilə, taxıl ixrac edən ölkələrdə (Rusiya, Qazaxıstan, Türkiyə və Ukrayna) buğdanın qiymətinin artması, həmçinin məhsul yığımının azalması səbəbəbindən baş verib.

Hüseynovun sözlərinə görə, çörəyin qiymətinin ikinci dəfə artmasına, Azərbaycana taxıl ixrac edən ölkələrdən biri olan Qazaxıstanın ixrac siyasətinin dəyişməsi təsir göstərib.

Ötən ilin avqustunda Qazaxıstanda taxıl ixracı üzrə fəaliyyətin icbari lisenziyalaşmasını nəzərdə tutan qanun qüvvəyə minib.

Mərkəzi Asiyada iri taxıl istehsalçısı olan Qazaxıstan taxılın dünya üzrə qiymətlərinin artması fonunda ölkənin daxili bazarını mühafizə etməyə can atır. Əvvəllər Qazaxıstan ixrac məhdudiyyətini 2008-ci il martın 1-dən tətbiq etməyi planlaşdırmışdı, lakin hökumət gözləməyi qərara aldı.

Bazarda buğda çatışmamazlığı onun qiymətinin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarır. Bu əksər buğda ixracatçısı olan ölkələrin xüsusi rüsum tətbiq etməsi, yaxud bu məhsulun ixracını qadağan etməsi səbəbindən baş verir.

Məhz Argentina və Rusiya daxili qiymətin artım tempini aşağı salmaq məqsədi ilə bu addımı atıb. Çinin şimalında baş verən quraqlıq da qiymət artımını doğuran səbəblərdən biridir.

"Ölkədə çörəyin qiyməti artıq iki dəfə artıb. Eyni zamanda nəzərə alaq ki, çörəyin çəkisi 500 qramdan 300 qrama qədər azalıb", - deyə Hüseynov bildirib.

Ötən ilin avqust ayından Azərbaycanda bir buxanka 0,20 qəpikdən 0,30 qəpiyədək bahalaşıb.

Azərbaycanın buğdaya olan illik təlabatı 3 mln. ton təşkil edir ki, bunun da 1 mln. tonu idxal olunur.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının emalı, istehsalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi Şöbəsinin rəhbəri Sabir Vəliyev hesab edir ki, Qazaxıstan tərəfindən taxıl ixracına tətbiq edilən qadağa Azərbaycan üçün heç bir problem yaratmayacaq.

"Bu gün bizim kifayət qədər - 573 min ton taxıl ehtiyatımız var və gərək olduğu təqdirdə beş ay müddətinə təlabatları ödəyə bilərik", - deyə o bildirib. Ehtiyyatlar tükənəcəyi zaman buğdaya olan təlabat daxili istehsal hesabına ödəniləcək. Ölkədə taxıl biçininə iyun ayında başlanacaq və bu il üçün proqnoz 2,3-2,4 mln. ton səviyyəsində müəyyən olunub.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi bildirib ki, zərurət yaranacağı təqdirdə hökumət Ukrayna, Kanada kimi ölkələrlə taxılın alınmasına dair danışıqlara başlaya bilər.

Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev çərşənbə axşamı bildirib ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi çərçivəsində hökumət kənd təsərrüfatı üçün maliyyə yardımının həcmini artırmaq məcburiyyətindədir. Yeni maliyyə yardımı mexanizmi hazırdakından daha səmərəli olacaq.

Gələn ildən kənd təsərrüfatı istehsalçılarının yenidən bütün vergilərdən azad edilməsi ilə (torpaq vergisi istisna olmaqla) vergi ödəmələri maratoriumlarının uzadılması planlaşdırılır. Nazirin sözlərinə görə, taxıl idxalının ƏDV-dən azad edilməsi müddətinin uzadılması məsələsi də aktualdır. [ƏDV bir il müddətinə ləğv edilib]. Bununla yanaşı çörək məhsullarının istehsalı ilə bağlı digər vergi güzəştləri də tətbiq edilə bilər.

"Biz daha mürəkkəb maliyyə yardımı formaları, yanacağın alınması üzrə yeni güzəşt mexanizimlərinin tətbiq edilməsi barədə düşünmək niyyətindəyik", - deyə nazir bildirib.

O, bu mənada Taxıl Fondunun yaradılması ilə bağlı tədbirlərin görülməsini zəruri hesab edir. Çünki bir çox təsərrüfatlar toxumun əldə edilməsi ilə bağlı çətinlk çəkirlər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan capital

Xəbər lenti

Xəbər lenti