Azərbaycan, Bakı, 21 aprel/ Trend , müxbir İ.Xəlilova, S.Babayeva/ Azərbaycan gömrükçüləri tərəfindən martın 29-dan "Buşer" AES-in tikintisinin başa çatdırılması üçün nəzərdə tutulmuş Rusiya avadanlığı ilə yüklənmiş və İrana gedən avtoqatarın dayandırılmasının səbəbi Azərbaycan hökumətinin bu yükün ölkə ərazisi ilə tranzitinə qabaqcadan xüsusi icazəsinin olmaması ilə əlaqədardır. Bu barədə bazar ertəsi Azərbaycanın Dövlət Gömrük Komitəsindən məlumat veriblər.
Belə xüsusi icazələr Azərbaycan Nazirlər Kabineti tərəfindən verilir. Nazirlər Kabineti əvvəllər tranziti üçün icazələrin verilməli olduğu malların siyahısını təsdiqləyib.
Azərbaycanın Dövlət Gömrük Komitəsi artıq Rusiya tərəfini ölkənin Nazirlər Kabinetinin icazəsi olmadan yükün İrana tranzitinin mümkün olmaması barədə məlumatlandırıb.
Avtoqatar "Astara" sərhəd-keçid məntəqəsində saxlanılıb. Rusiya atom enerjisindən dinc məqsədlə istifadə sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş çərçivəsində İrana Buşerdəki AES-i tikməyə yardım edir. Son məlumatlara görə, stansiya 2008-ci ilin sonundan tez işə düşməyəcək. İlkin olaraq AES-i 2007-ci ilin sonunda tikmək planlaşdırılırdı. "Buşer" stansiyası üçün Rusiya yanacağının tədarükü 2008-ci il yanvarın sonunda başa çatıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]