...

Azərbaycan 2008-ci ilin birinci yarısında yükdaşınmalarını artırıb – Dövlət Gömrük Komitəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2008 20:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel/ Trend müxbir S.Babayeva/ Birinci rübdə Azərbaycanın nəqliyyyat vasitələri ilə 4503,6 min ton yük daşınıb ki, bu da 2007-ci ilin analoji dövründən təqribən səkkiz faiz çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib. Bu dövr ərzində yük ixracı 2272,4 min ton, idxalı isə 2231,2 min ton təşkil edib.

Komitənin məlumatında deyilir ki, yanvar-martda dəniz nəqliyyatı ilə 154,6 min ton, dəmir yolu - 736,6 min ton, avtomobil - 140,8 min ton, hava 1 min ton təşkil edib. Boru kəmərləri ilə nəqletmə isə 1238,6 min ton təşkil edib.

Üç ay ərzində Azərbaycan ərazisindən tranzitlə 1701,7 min ton yük daşınıb və bu ötən ilin eyni göstəricisi ilə müqayisədə 43 faiz çoxdur.

Azərbaycan ərazisindən tranzitlə İsveçrəyə 578,9 min ton, İtaliyaya - 500,1 min ton, Gürcüstana - 243,3 min ton, Tacikistana - 121,6 min ton, Türkiyəyə - 66,5 min ton, İrana - 74,5 min ton, Rusiyaya - 53,1 min ton, Böyük Britaniyaya - 8,6 min ton, Türkmənistana isə 39 min ton yük daşınıb.

Xəbər lenti

Xəbər lenti