Azərbaycan, Naxçıvan, 02 may / Trend , müxbir Ə.Məmmədov/ Naxçıvan Muxtar Respublikasında unun qiyməti qalxıb. Dünən mağazalarda əvvələr 24-25 manata satılan 50 kq- lıq un kisəsi 30-34 manata satılıb, elə bu səbəbdən Naxçıvan şəhərində çörək qıtlığı müşahidə olunub.
Rəsmi dairələr bunu təkzib edərək, 50 kq- lıq un kisəsinin qiymətinin dəyişmədiyini və 24 manat qaldığını iddia edirlər.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]