...

Tarif Şurası Azərbaycanda istilik enerjisnin topdansatış qiymətini aşağı salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2008 17:45 (UTC +04:00)
Tarif Şurası Azərbaycanda istilik enerjisnin topdansatış qiymətini aşağı salıb

Azərbaycan, Bakı, 05 may/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycanın Tarif Şurasının (Qiymət) qərarı ilə "Azərenerji" SC tərəfindən istehsal edilən 1 h/kal istilik enerjisinin topdansatış qiyməti 29 manatdan 3 manatadək azaldılıb. Bu barədə Şuranın bazar ertəsi yayılan məlumatında deyilir.

Respublikada layihə-axtarış işlərinin qiymətlərinin hesablanması indiyədək 1991-ci il yanvarın 1-dən bazis qiymətlərinə əmsal tətbiq etməklə hesablanırıb. Şura hazırda respublika üzrə orta aylıq əmək haqqının və xidmətlə bağlı alınan mal və işlərin qiymətlərinin artması səbəbindən bazis smeta dəyərlərinə 8 əmsalının tətbiq edilməsi barədə qərar qəbul edib.

Bundan əlavə, Şura İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən göstərilən idxal və ixrac olunan, eləcə də istehlak bazarında dövriyyədə olan istehlak mallarının keyfiyyətini, mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların aparılması və onların nəticələrini təsdiq edən sənədlərin verilməsi xidmətilərinin tariflərini 12 bənd üzrə təsnifatlaşdırıb. Yeni tariflər 2008-ci il mayın 12-dən qüvvədə olacaq.

Tarif Şurasının iclasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müəssisələri tərəfindən göstərilən əlavə xidmətlərinin tariflərinə də baxılıb və bütün istehlakçı qrupları üçün 35 qəpik olmaqla, vahid tarif müəyyənləşdirilib. Bu tariflər 2008-ci il iyunun 1-dən qüvvədə olacaq.

İclasdapoçt rabitəsi tariflərinə dair məsələ də müzakirə edilib və Şuranın Katibliyinə bu məsələ ilə əlaqədar dəqiqləşdirmə aparmaq tapşırlıb.

Şuranın qərarı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən göstərilən xidmətlərin tariflərinin orta hesabla 18% artırılması təklifi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ovçuluq biletlərinin qiymətinin müəyyən edilməsi ilə bağlı təklifi yenidən işlənməyə qaytarılıb.

Xəbər lenti

Xəbər lenti