...

Azərbaycan ÜTT daxil olmaq çərçivəsində daha üç ölkə ilə ikitərəfli danışıqlar apardı

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2008 03:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may / Trend İ.Xəlilova/ Bu gün Cenevrədə Azərbaycan hökümət nümayəndə heyyətinin Ekvador, Yaponiya və Çinin Tayvan vilayəti ilə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qəbul olunmaq çərçivəsində danışıqlar keçirildi. Bu baradə iqtisadi inkişaf nazirliyində bildiriblər. Danışıq qrupuna xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev başçılıq edirdi.

ÜTT işçi qrupunun görüşləri beşinci raundu ərəfəsində danışıqlr həmçinin ABŞ ilə də keçirilmişdir. 6 may danışıqların qurtarması ilə əlaqədar Oman Sultanı və Birləşmiş Ərəb Əmirlikləri ilə protokolun imzlanması baş tutmuşdur.

Ölkəmiz Moldova və Qırqızıstan ilə danışıqlar protokolunun imzalanması mərhələsindədir. Gürcüstanla isə danışıqlar prosesinin yekunlaşdırılması mərhələsindədir. Bu günə kimi anoloji sənəd yalnız Türkiyə ilə bağlanmışdır.

Hal hazırda ölkəmiz Evropa İttifaqı, Cənubi Koreya, Norveç və Hindistanla danışıqlar aparır.

ABŞ və Aİ tələbləri, əsasən xidmət sahəsinin liberallaşmasından ibarətdir. Onlar, komunikasiya, maliyyə, paylama səhələrində bazarların açılmasının tərəfdarıdırlar.

ABŞ və Aİ mövqeylərində anlaşılmamazlıqlar əsasən audiovizual bazarında öz əksini tapıb.

Azərbaycana, müxtəlif əməliyyatların keçirilməsinin mümkün olması üçün, torpaq bazarına aid qanunvericiliyin dəişdirmək təklif olunur. Azərbaycanın qanunvericiliyinə əsasən torpaq 99 il müddətinə icarəyə verilə bilər.

Danışıqlar prosesində tikinti-memarlıq xidmətləri üzrə də problemlər mövcuddur. ABŞ memarlıq lahiyyə bazarında bəzi məhdudiyyətləri aradan qaldırılmasını tələb edir. Bu gün Azərbaycan qanunvericiliyində xarici mütəhxəsislərin daxil olmasına bəzi kvotalar var, lakin ABŞ şərtlərin bərabər olmasını tələb edir.

Maliyyə sektorunda bank və sığorta bazarına daxil olmaq marağı mövcuddur. Ona görə ABŞ və Aİ xarici filialların açılmasına qoyulan məhdudiyyətin aradan qaldırılmasını tələb edirlər.

Yeni sığorta qanunvericiliyində xarici sərmayyənin daxil olmasına qoyulmuş limit aradan qaldarılmışdır.

Təcrübədə ÜTT-na üzv ölkələrin bəzi tələblərin yerinə yetirilməsində müəyyən vaxt ehtiyatları var.

1997-ci ildən Azərbaycan Ümumdünya Ticarət Təşkilatında müşahidəçi qismində təmsil olunur..

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: capital

Xəbər lenti

Xəbər lenti