...

Azərbaycan birinci rübdə avtobusların idxalını 3,5 dəfə artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2008 19:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / " 2008-ci ilin yanvar-martında Azərbaycana 16460 minik avtomobili idxal olunub ki, bu da 2007-ci ilin yanvar-martı ilə müqayisədə 10,6 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvar-mart aylarında ölkəyə gətirilən minik avtomobillərinin ümumi dəyəri təxminən $115 mln. təşkil edib ki, bu da 2007-ci ilin anoloji dövrü ilə müqayisədə 33,2 faiz çoxdur.

Azərbaycan yanvar-martda 2236 yük avtomobili idxal edib. Bu, 2007-ci ilin anoloji dövrü ilə müqayisədə 10,8 faiz azdır. Avtomobillərin ümumi dəyəri təxminən $33 mln. təşkil edib. Bu, 2007-ci ilin yanvar-martı ilə müqayisədə, 50,7 faiz çoxdur.

Yanvar-mart aylarında ölkəyə dəyəri təxminən $13 mln. olan 406 avtobus idxal edilib. Bu göstərici ötən ilin yanvar-martının göstəricisini 351,1 faiz (ümumi olaraq 480,7 faiz) ötüb.

Xəbər lenti

Xəbər lenti