...

KfW qeyri-bank kredit təşkilatı vasitəsilə Azərbaycanda aqromaliyyələşdirməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2008 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may/ Trend , müxbir İ.Xəlilova/ Qeyri-bank kredit təşkilatı "CredAgro" Alman İnkişaf Bankı KfW ilə Azərbaycanda kənd təsərrüfatının inkişafına 2 mln. avro kreditin ayrılması haqqında müqavilənin imzalanmasına hazırlaşır. Bu barədə cümə günü kredit təşkilatından məlumat veriblər. Müqavilə iyun ərzində imzalanacaq.

KfW tərəfindən bu vəsaitlər kənd yerlərinin aqromaliyyələşdirilməsi layihəsi çərçivəsində 5 mln. avro həcmində ayrılacaq. Almaniya bankı seçimi aqromaliyyələşdirməni həyata keçirəcəyi iki Azərbaycan bankı və bir qeyri-bank kredit təşkilatı üzərində saxlayıb. Hazırda onlarla kredit müqavilələri razılaşdırılır.

Alman bankı onlara subordinasiya edilmiş kreditlər ayrımaq niyyətindədir. Belə kreditlərin bankın ikinci kapitalına daxil edilməsinə baxmayaraq, onların vəsaitləri kənd əhalisinin kreditləşdirilməsi üçün nəzərdə tutulacaq.

Birinci mərhələdə Şəki-Zaqatala və Qax kənd yerləri əhatə olunacaq.

Kreditlərin şərtləri bankların Almaniya-Azərbaycan fondu vasitəsilə maliyyələşdirmə şərtlərinə uyğun olacaq.

"CredAgro"nun yeganə təsisçisi 8 il əvvəl Azərbaycanda qeyri-bank kredit təşkilatı yaratmış ACDI-VOCA beynəlxalq humanitar təşkilatdır. Təşkilatın Nizamnamə kapitalı $5 min, ümumi kapitalı isə 7 mln. manat təşkil edir.

Bu gün "CredAgro"nun fəaliyyəti regionlarda layihələrin maliyyələşdirilməsinə yönəlib və 27 rayonu əhatə edir. Bununla əlaqədar o, 9 nümayəndəlik yaradıb və yardımçı ofislərə malikdir. Onun kredit ayırdığı sahələr müxtəlifdir - kənd təsərrüfatı kreditləşməsi, ticarət əməliyyatları, infrastruktur, lizinqin maliyyələşdirilməsindən istehlak kreditləşməsinədək. "CredAgro"nun kreditləri illik 36 faizədək dərəcə ilə və üç il müddətinə verilir.

Mayın 23-nə olan rəsmi məzənnə - 0,8235 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti