...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2008 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may / Trend , müxbir İ.Xəlilova/ Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0027 bənd möhkəmlənib (0,27 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,82482 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi mayın 19-20-də 1 ABŞ dolları üçün 0,8262 manat), minimum isə mayın 22-23-də 1 ABŞ dollarına 0,8235 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
12 may 0,8283 19 may 0,8262
13 may 0,8269 20 may 0,8262
14 may 0,8276 21 may 0,8247
15 may 0,8275 22 may 0,8235
16 may 0,8274 23 may 0,8235
Həftə ərzində orta 0,82754 Həftə ərzində orta 0,82482

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0034 bənd (0,34 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,82412 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi mayın 20-də 1 ABŞ dollarına 0,8258 manat, minimum isə mayın 23-də 1 ABŞ dollarına 0,8223 manat müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 19 mayda 0,8257AZN/USD məzənnəsi ilə $1,470 mln., 20 mayda 0,8258 AZN/USD məzənnəsi ilə $0,907 mln., 21 mayda 0,8241 AZN/USD məzənnəsi ilə $7,8 mln., 22 mayda - 0,8227 AZN/USD məzənnəsi ilə $10,140 mln., 23 mayda 0,8223 AZN/USD məzənnəsi ilə $16,384 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
12 may 0,8283 19 may 0,8262
13 may 0,8269 20 may 0,8262
14 may 0,8276 21 may 0,8247
15 may 0,8275 22 may 0,8235
16 may 0,8274 23 may 0,8235
Həftə ərzində orta 0,82754 Həftə ərzində orta 0,82482
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
12 may 0,8273 19 may 0,8257
13 may 0,8260 20 may 0,8258
14 may 0,8266 21 may 0,8241
15 may 0,8266 22 may 0,8227
16 may 0,8269 23 may 0,8223
Həftə ərzində orta 0,82668 Həftə ərzində orta 0,82412

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və T+2 BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.

Mayın 22-də EUR/AZN T+0 aləti üzrə 142 901 manata bərabər həcm qeydə alınıb. Bu sövdələşmədə orta çəkili məzənnə 1 EUR-a 1,2991 manat təşkil edib.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət sabit olub və keçən həftənin 13 manat səviyyəsində qalıb.

Ötən həftə özəlləşdirmə çeklərinin qiyməti dəyişikliyə məruzqalmayıb və 17 manat təşkil edib.

Çeklərin istifadə müddəti 2010-cu ildə başa çatır.

Xəbər lenti

Xəbər lenti