...

Azərbaycan və Ukraynanın Qiymətli Kağızlar üzrə Dövlət Komitələri qarşılıqlı anlaşma memorandumu imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2008 19:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may / " Azərbaycan prezidenti İlham Əliyevin mayın 22-də Ukraynaya səfəri çərçivəsində, Azərbaycan Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Ukraynanın Qiymətli Kağızlar və Fond Bazarı üzrə Dövlət Komissiyası qarşılıqlı memorandum imzalayıb. Bu barədə çərşənbə axşamı Dövlət Komitəsindən məlumat verilib.

Memorandumu Ukrayna tərəfindən Qiymətli Kağızlar və Fond Bazarı üzrə Dövlət Komissiyasının prezidenti Anatoli Balyuk, Azərbaycan təərfindən isə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin rəhbəri Gündüz Məmmədov imzalayıb.

Memorandum Qiymətli Kağızlar və fyuçerslər bazarında tərəflərin beynəlxalq fəaliyyət üzrə birgə səy göstərmələrini, həmiçnin, qarşılıqlı informasiya mübadiləsini nəzərdə tutur. Sənəddə mübahisəli məsələlərin həlli istiqamətləri də göstərilib.

Xəbər lenti

Xəbər lenti