Azərbaycan, Bakı, 27 may / Trend / Azərbaycan Səhiyyə Nazirliyi apreldə aptek və əczaçılıq fəaliyyəti üzrə 15 lisenziya verib. İdarədən verilən məlumata görə, 1 lisenziya stomotologiya, 14 - əczaçılıq sahəsi üzrə verilib.
Bununla yanaşı, son iki ay ərzində Azərbaycan Səhiyyə Nazirliyi və Maliyyə Nazirliyi qanunsuz tibb və əczaçılıq fəaliyyəti üzrə 24 protokol tərtib edilib. Bunlardan yeddisi tibb müəssisələrinin, on yeddisi - əczaçılıq sahəsinin payına düşüb. İnzibati xətalar üzrə hər bir cərimənin məbləği 330 manat təşkil edib.