...

Azərbaycan regionlarının meliorasiya vəziyyətinin yaxşılaşdırılması üzrə tender elan olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2008 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun / Trend / "Azərbaycan meliorasiya və su təsərrüfatı" ASC ölkə regionlarında torpağın meliorasiya vəziyyətinin yaxşılaşdırılması üçün tender elan edib.

ASC-dən verilən məlumata görə, tenderə əsasən, bu tədbirlər Kürdəmir, Beyləqan, Ucar, İmişli, İsmayıllı, Biləsuvar, Goranboy, Lənkəran və digər rayonlarda həyata keçiriləcək.

Bu işlərə İsmayıllı rayonunun Mican və İsmayıllı kəndləri, Biləsuvar rayonunun İsmətli, Aran, Çinarlı, Bağbanlı və Zəhmətabad təsərrüfatlarının meliorasiya vəziyyətlərinin yaxşılaşdırılması, Tərtər rayonunda "Daşarx" və "Poladlıarx" kanalları və Zuğulba nasos stansiyasının yenidən qurulması da daxildir.

Tenderdə maraqlı olan şirkətlərin təklifləri iyulun 19-da saat 12.00-dək qəbul olunacaq. Tender zərfləri iyulun 19-da saat 15.00-da açılacaq. Tenderdə iştirak dəyəri 100 manatdır.

Xəbər lenti

Xəbər lenti