Azərbayccan, Bakı, 11 iyun / Trend / Cari ilin avqust ayının 08-dək tam yerləşdirilənə qədər saat 11:00-dan 12:30-dək, BFB-də qeydiyyat №-si 10303220S olan Dövlət Qısamüddətli İstiqrazların (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Birjanın çərşənbə günü yayılan məlumatında bildirilir.
DQİ-nin ümumi həcmi 3 000 000 AZN, bir istiqrazın nominal dəyəri 200 AZN, istiqrazların tədavül müddəti 181 gündür, ödəmə tarixi 9 dekabrdır.
Hərrac zamanı, DQİ buraxılışının, 20%-dən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.