...

Azərbaycanın lizinq şirkəti təmin edlməmiş istiqrazlar buraxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2008 19:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun / Trend / Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "UniLeasing" QSC-nın faizli təmin edlməmiş adlı sənədsiz istiqrazlarının emissiya prospekti qeydə alınıb. Emissiyanın həcmi 1.800.000 AZN, bir istiqrazın nominal dəyəri 1.000 AZN, istiqraz üzrə gəlirlilik 14 %, tədavül müddəti isə 360 gün təşkil edir. Bu barədə Bakı Fond Birjasının məlumatında bildirilir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. İstiqrazların yerləşdirilməsində anderrayter vəzifəsində çıxış edən təşkilat: "UniCapital" MMC-dir.

İstiqrazları əldə etmək istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

"UniLeasing" QSC-nın faizli təmin edilməmiş adlı sənədsiz istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytında ( www.bse.az ) yerləşdiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti