...

Rusiya Qiymətləndirənlər Cəmiyyəti Azərbaycanda qiymətləndirmə fəaliyyətinin inkişafı üzrə işçi qrupuna məsləhət xidmətləri göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2008 20:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycanda qiymətləndirmə fəaliyyətinin təkmilləşdirilməsi üçün işçi qrupu yaradılıb. Qrupun birinci görüşü iyulda baş tutacaq, - çərşənbə axşamı Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Azərbaycan və Mərkəzi Asiyada ipotekanın ilkin inkişafı üzrə layihəsinin maliyyə analitiki Azər Əliyev bildirib.

Rusiya Qiymətləndirənlər Cəmiyyətinin (RQC) rəhbəri İqor Artemenkovun qrupun işində iştirakı gözlənilir. Əliyevin sözlərinə görə, RQC qiymətləndirmə sahəsində kadrların hazırlanamsı sisteminin təşkilinə texniki yardımın, həmçinin, qiymətləndirmə fəaliyyyətinin inkişafında işçi qrupuna məsləhət xidmətlərinin göstərilməsinə hazır olduğunu bildirib.

Bütün maraqlı tərəflərin cəlb edilməsi ilə işçi qrupunun yaradılması təşəbbüsü mayın 26-da Bakıda keçirilən və daşınmaz əmlakın müstəqil qiymətləndirilməsi institutunun inkişafı sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanda bu sistemin perspektivlərinə həsr olunmuş konfransda açıqlanıb.

BMK Azərbaycanda ilkin mənzil bazarının maliyyələşdirilməsi üzrə əvvəllər apardığı araşdırmalarda qiymətləndirmə fəaliyyətinin lisenziyalaşdırılmasının olmaması problemini qeyd edib.

Korporasiya ekspertlərinin rəyinə görə, Azərbaycanda riyelter xidmətləri sektoru inkişaf etməyə başlayır. Lakin indiyədək daşınmaz əmlakla bağlı sazişlər üzrə açıq məlumat bazası yoxdur.

Konfransın gedişində standartların, məlumat bazasının olmaması, kadrların aşağı səviyyəli olması, normativ-hüquqi bazanın kifayət etməməsi və qiymətləndirənlər üzərində nəzarətin əməli formasının olmaması problemləri də qeyd edilib. BMK-nın Azərbaycandakı meneceri Aliyə Əzimova hesab edir ki, Azərbaycanda müstəqil qiymətləndirmənin inkişafı kredit təşkilatlarının girov qoyulan daşınmaz əmlakın real dəyərini müəyyən etmələri üçün böyük əhəmiyyət kəsb edir.

"Qiymətləndirmə fəaliyyəti ipoteka kreditləşməsinin əsasıdır. Dəqiq və etibarlı qiymətləndirmə sistemi olmadığı halda daşınmaz əmlakın girov kimi qəbul edilməsi mümkün deyil və bu ipoteka kreditləşməsini mümkünsüz edir", - Əzimova qeyd edib.

Qiymətləndirmə fəaliyyətinin inkişafı üzrə tədbir BMK-nın texniki yardım layihəsinin II fazası çərçivəsində keçirilir. Layihə Maliyyə Korporasiyası və İsveçrənin İqtisadi Əlaqələr üzrə Dövlət Katibliyi (State Secretariat for Economic Affairs - SECO) tərəfindən birgə maliyyələşdirilir. Layihə regional xarakterli olması və Mərkəzi Asiya və Azərbaycanı əhatə etməsinə baxmayaraq, SECO-nun vəsaitləri yalnız Azərbaycan üçün nəzərdə tutulub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti