...

Azərbaycan hökuməti və Almaniya bankı daşınmaz əmlakın vahid qeydiyyat sisteminin yaradılması barədə razılığa gəliblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2008 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir U.İsmayılova/ Azərbaycan hökuməti və Almaniyanın KfW inkişaf bankı kreditin ayrılması və daşınmaz əmlakın vahid qeydiyyat sisteminin tətbiq edilməsi üçün qarşlıqlı fəaliyyət memorandumu imzalayıb. Bu barədə bazar ertəsi Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəhbəri Arif Qaraşov bildirib.

"Birgə layihənin reallaşdırılmasına payızda başlanacaq", - deyə Qaraşov bildirib.

Layihə torpaq, sahə və daşınmaz əmlakın qeydiyyatının aparılması üçün sistemli kadastr uçotunun aparılmasını (İlkin mərhələdə Gəncə və Şəki pilot şəhərlərində) nəzərdə tutur. Onların dəqiq koordinatları geodeziya əsasında kadastr xəritəsinə daxil ediləcək.

KfW layihəsinin əsas fazasının reallaşdırılmasına 30 ay tələb olunur. Alman bankı kadastrın yaradılması layihəsinə 2,5 mln. avro həcmində güzəştli kredit vəsaiti, benefisiya təşkilatlarının institutlaşdırılmasına 1 mln. avro qrant ayrılmasına hazır olduğunu bildirib.

Azərbaycan höküuməti və Dünya Bankı (DB) 2007-ci ilin iyulunda daşınmaz əmlakın vahid kadastr sisteminin birgə tətbiqinə dair saziş imzalayıb.

Layihə dörd komponentdən ibarətdir - daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının idarə olunması və reyestri; baza kartoqrafiyası və torpaq kadastrı; treninqlər, siyasətin formalaşdırılması və layihənin idarə olunması. Layihənin dəyəri 38,57 mln.dollar təşkil edir. Bu vəsaitin 30 mln. dolları DB kreditinin payına düşür. Kredit vəsaitləri 5 illik güzətli dövr ilə, 20 il müddətinə ayrılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: capital

Xəbər lenti

Xəbər lenti