...

İqtisadiyyatın enerji səmərəliliyi mühitin dəyişdirilməsi probleminin həllinə yardım edəcək –Rusiya prezidenti

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2008 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend müxbir A.Bədəlova/ İqtisadiyyatın enerji səmərəliliyi üzərində iş mühitin dəyişdirilməsi probleminin həllinə yardım göstərəcək. Bu barədə çərşənbə günü "Böyük səkkizlik" ölkələri görüşünün yekunu üzrə "Vesti" telekanalı ilə birbaşa yayımlanan mətbuat konfransında Rusiya prezidenti Dmitri Medvedyev bildirib.

"Böyük səkkizliyin" Yaponiyada keçirilən sammitində müzakirələr mövzusundan biri mühitin dəyişməsinə qarşı əks təsir məsələsi olub.

"Biz iqtisadiyyatın enerji səmərəliliyi üzərində işləməliyik. Bu, mühitin dəyişdirilməsi və istilikxana qazı emissiyasının miqdarının azaldılması ilə bağlı qlobal vəzifələrin həllinə yardım göstərəcək", - deyə Medvedyev bildirib.

Prezidentin sözlərinə görə, Rusiya üçün energetika məsələsi enerji səmərəliliyi baxımından olduqca əhəmiyyətlidir və buna görə, ölkə bu istiqamətin inkişafı yolunda fəal işi davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti