...

Azərbaycanda operativ vergi nəzarəti üzrə genişmiqyaslı tədbirlər bərpa edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2008 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul/ Trend , müxbir İ.Xəlilova/ Operativ nəzarət tədbirlərinin yekunları üzrə Azərbaycanın Maliyyə Nazirliyi tərəfindən 2103 vergi ödəyicisinin vergi qanunvericiliyini pozması faktları aşkar edilib. Bu barədə cümə günü nazirlikdən məlumat veriblər. Tədbirlər iyunun 19-dan iyulun 16-dək dövrü əhatə edib.

888 vergi ödəyicisi nəqd hesablamaların aparılması qaydalarını pozub, 88 -də xarici valyutanın ödəmə vasitəsi kimi qəbul edilməsi faktları aşkarlanıb. Aparılan tədbirlər nəticəsində, vergi orqanlarında uçota düşmədən fəaliyyət göstərən 219 vergi ödəyicisi aşkar edilib, 578 vergi ödəyicisi isə, xüsusi icazə tələb edən sahələrdə fəaliyyət göstərib.

Operativ nəzarət tədbirləri zamanı 123 vergi ödəyicisində əmək müqaviləsi bağlanılmadan işə cəlb edilən 140 fiziki şəxs aşkar edilib. 63 vergi ödəyicisi fərqləndirmə nişanları almadan sərnişin daşınmaları həyata keçirib, 81 nəfər isə, ictimai yerlərdə valyuta alqı-satqısı əməliyyatları aparıb.

54 vergi ödəyicisində aksiz markalarının tətbiqi üzərində nəzarət məqsədilə 2820,46 manat dəyərində müvafiq nişanlanması olmayan 1064 mal aşkarlanıb.

İyulun 18-ə olan cari məzənnə -- 0,8058 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti