...

Non-life yanvar-iyun ərzində sığorta pullarının yığılması üzrə liderliyi davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2008 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul/ Trend müxbir Ü.İsmayılova/ Yanvar-iyunda Azərbaycanın sığorta şirkətlərinin sığorta pulları, 2007- ci ilin analoji dövrü ilə müqayisədə, 36,1 faiz artıb. Bu barədə cümə axşamı Azərbaycanın Maliyyə Nazirliyindən məlumat veriblər.

Yanvar-iyunda həyat sığortasının payına 0,99 mln. manat düşüb ki, buda 2007- ci ilin analoji dövrünün göstəricilərini (0,32 mln. manat) 209,4 faiz ötür.

Non-life sığortasının payına 84,89 mln. manat düşüb. İl ərzində artım 39,6 faiz (60,83 mln. manat) olub. Məcburi sığortanın payına 10,99 mln. manat düşüb. Artım isə, 9,9 faiz (10 mln. manat) təşkil edib.

Sığorta ödəmələri il ərzində 31 faiz artaraq 21,78 mln. manat təşkil edib (2007- ci ildə ---16,68 mln. manat).

Həyat sığortası üzrə birinci rüb ərzində sığorta ödəmələri 0,10 mln. manat olub. İl ərzində bazarın bu seqmentində artım baş verməyib. Non-life sığortası üzrə ödəmələr 16,61 mln. manat təşkil edib. Sığortanın bu növü il ərzində 20,2 faiz artıb (13,82 mln. manat). Məcburi sığorta növləri üzrə ödəmələr 5,02 mln. manat olub və il ərzində artım 87,8 faiz (2,70 mln. manat) təşkil edib.

Hazırda Azərbaycanda 28 sığorta və bir təkrarsığorta şirkəti fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti