...

Ərzaq qiymətləri və xidmət tariflərinin azalması Azərbaycanda inflyasiyanın azalmasına təsir göstərməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2008 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust/ Trend , müxbir İ.Xəlilova/ 2008-ci ilin iyunu ilə müqayisədə iyulda istehlak malları və xidmət tariflərinin qiymətləri 0,3 faiz ucuzlaşıb, ötən ilin yanvar-iyulu ilə müqayisədə yeddi ay ərzində isə 20,9 faiz bahalaşıb, cümə günü Dövlət Statistika Komitəsindən məlumat veriblər.

Ərzaq mallarının qiymətləri iyul ərzində 1,4 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri isə müvafiq olaraq 0,6 və 1,5 faiz bahalaşıb.

2007-ci ilin yanvar-iyulu ilə müqayisədə ərzaq mallarının qiymətləri 29 faiz, qeyri-ərzaq - 10,9 faiz, xidmətlər sahəsində tariflər 11,3 faiz artıb.

İyulda mövsümi dəyişikliklərə məruz qalan (meyvə və tərəvəzlər) və qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlər çıxılmaqla, hesablanan istehlak qiymətlərinin bazis indeksi 100,6 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə yeddi ay ərzində isə 122,3 faiz təşkil edib.

Avqustun 15-nə olan cari məzənnə -- 0,8142 AZN/USD

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti