...

Azərbaycanda ən iri sement istehsalçısı 2007- ci ilin maliyyə göstəricilərini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2008 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust/ Trend , müxbir S.Babayeva/ Azərbaycanda iri sement istehsalçısı - Garadagh Cement ASC 2008 - ci il yanvarın 1-nə olan vəziyyətə görə maliyyə göstəricilərini açıqlayıb. Hesabatda bildirilir ki, ötən il şirkət 60 297 292 manat mənfəət əldə edib, bunun 35 124 955 manatı istifadə edilib.

Bu dövr ərzində Garadagh Cement-in aktivlərinin məbləği 77 139 683 manata, qalan vəsaitlər - 67 495 445 manata, sərmayələr - 13 494 463 manata çatıb.

Dövlət büdcəsinə 8 918 265 manat ödənilib.

2007- ci il ərzində ASC-nin Nizamnamə kapitalı 31 812 880 manat təşkil edib, kreditorlara borcları isə, 7 467 716 manata çatıb.

Garadagh Cement ASC yalnız Azərbaycan ərazisində deyil, bütün Qafqaz regionunda ən iri klinker və sement istehsalçısıdır.

Zavod 1999- cu ildə özəlləşdirilib və səhmlərinin nəzarət paketini İsveçrənin HolcimGroup firması alıb. Firma sement, beton, doldurucu və tikinti xidmətləri ilə bağlı digər məhsulların istehsalı üzrə dünyada liderlər sırasındadır.

ASC- nin digər əsas səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan İnvestisiya Şirkətidir.

Xəbər lenti

Xəbər lenti