Azərbaycan, Bakı, 29 avqust/ Trend / "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC Beynəlxalq İnkişaf Assosiasiyası ilə birgə realizə edilən supaylayıcı şəbəkənin təkmilləşdirilməsi və onun idarəsi layihəsi çərçivəsində tender elan edib.
ASC- nin məlumatında bildirilir ki, tenderin predmeti Sabirabad rayonunda suvarma-drenaj sisteminin bərpası və Lənkəran və Astara rayonlarında suölçən qurğuların tikintisidir.
Tikinti işləri 450 günə icra edilməlidir. Tenderdə iştirakın dəyəri 200 manatdır.
Tenderdə iştirakda maraqlı şəxslər təkliflərini oktyabrın 7-dək təqdim etməlidirlər. Təkliflər təqdim olunduqları gün açılacaq.