...

RF sərmayədarlarına Londonda Rusiya qiymətli kağızları ilə ticarəti səbrlə izləmək qalır - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2008 18:02 (UTC +04:00)
RF sərmayədarlarına Londonda Rusiya qiymətli kağızları ilə ticarəti səbrlə izləmək qalır - ekspert

Azərbaycan, Bakı, 17 sentyabr/ Trend Cap , müxbir A.Bədəlova/ Bu gün Rusiyanın Maliyyə Bazarları üzrə Federal Xidmətinin (MBFX) göstərişi ilə RTS (Rusiya Ticarət Sistemi) və MBVB-in (Moskva Banklararası Valyuta Birjası) Fond Birjalarında ticarət dayandırılıb. Çərşənbə günü Rusiya birjalarında səhmlərin dəyərdən düşməsi davam etdikdən sonra belə göstəriş verilib. RTS - də ticarət MBFX-nin xüsusi göstərişi ilə bərpa olunacaq.

"Bu gün Rusiyanın səhm bazarı ticarətin birinci saatında bir gün əvvəl baş verən aşağı ətalət hərəkətini davam etdirib. Saat 12 - də (Moskva vaxtı ilə) MBVB-nin indeksinin düşməsi 8,5 faizi ötüb və bundan sonra MBVB - də ticarət MBFX-nin xüsusi göstərişinədək bağlanıb", - Rusiyanın "AntantaPioqlobal" sərmayə qrupu analitik idarəsinin direktor müavini Aleksandr Potavin çərşənbə günü elektron poçtla Trend -a bildirib.

Saat 12:00 - a MBVB Fond Birjasında Əmanət Bankının səhmləri 19,44 faiz, VTB - nin (Vneshtorqbank) səhmləri 22,53 faiz, "Surqutneftqaz"ın səhmləri 9,8 faiz, "Transneft" - 12,5 faiz, "Polyus Zoloto" - 17,8 faiz, "Tatneft" - 16,2 faiz, "Qazprom" - 1,9 faiz, "Rosneft"in səhmləri 5,12 faiz dəyərdən düşüb.

Potavinin rəyinə görə, Rusiya pul bazarında bir sıra investisiya şirkətlərində azad vəsaitlərin kəskin çatışmazlığı ilə bağlı yaranan likvidlik böhranı başa çatmalıdır ki, bu da, öz növbəsində, satışları sakitləşdirməli və fond birjalarında vəziyyəti sabitləşdirməlidir.

"İndi RF sərmayədarlarına Londonda Rusiya ADQ - də (Amerika Depozit Qəbzləri) ticarəti səbrlə izləmək qalır", - o bildirib.

Potavinin bildirdiyinə görə, indi orada kotirovka təklifləri artımının davam etməsi müşahidə olunur. Rusiya şirkətlərinin ADQ - si güclü artım göstərir: "Qazprom" +9,13 faiz; "LUKoyl" +6,96 faiz; "NorNikel" +6,78 faiz; VTB +18,58 faiz; "Surqutneftqaz" +10,22 faiz; "Polyus Zoloto" +21,2 faiz; "Rosneft" +11,35 faiz.

"Böyük həcmlər görünməsə də, müsbət dinamika MBVB - də ticarətin bərpasının "yuxarı" yönələcəyindən xəbər verir", - Potavin əlavə edib.

"Biz Rusiya səhmlərinin geniş spektri üzrə kotirovkaların qısamüddətli artımını gözləyirik. Broker şirkətləri birjalarda baş verən bu hadisələr zamanı səhmlərdə öz mövqelərini qoruyan və ruh yüksəkliyini saxlayan səhmdarlara "Mən bunu yaşamışam" yazılı futbolkalar paylamalıdırlar", - "AntantaPioqlobal" sərmayə qruppu analitik idarəsinin direktor müavini bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: Cap

Xəbər lenti

Xəbər lenti