...

ABŞ Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsalçılarının rəqabətqabiliyyətliliyini dəstəkləməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2008 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr/ Trend , müxbir A.Bədəlova/ Çərşənbə axşamı Bakıda keçirilən və Azərbaycan hökuməti  ilə ABŞ - ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) təşkil etdiyi seminarda ərzaq təhlükəsizliyi, məhsulların keyfiyyətinin yaxşılaşdırılması və Azərbaycanın ticarət imkanlarının genişləndirilməsi məsələləri müzakirə edilib.

Dördgünlük seminar USAİD - in Azərbaycanda ticarət və sərmayə islahatlarının dəstəklənməsi proqramı (TIRSP) çərçivəsində təşkil edilib.

ABŞ kənd təsərrüfatı departamentinin xarici ölkələrlə iş üzrə şöbəsinin rəhbəri Ralf Qiffortun bildirdiyinə görə, seminar USAİD - in Azərbaycan hökuməti ilə birgə realizə etdiyiyi Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması prosesinin sürətləndirilməsi genişləndirilmiş proqramın bir hissəsidir.

"TİRSP proqramı müxtəlif malların gömrük yoxlanışının səmərələliyini sürətləndirə və yaxşılaşdıra, bununla da Azərbaycana böyük həcmdə sərmayələrin cəlb edilməsinə imkan yarada, həmçinin, Azərbaycanın şirkət və müştərilərinin xarici xammala çıxışını genişləndirə bilər", - o bildirib.

Qiffortun bildirdiyinə görə, ərzaq təhlükəsizliyinə nəzarət və gömrük yoxlanışı sahəsində layihələr nəzərdən keçirilir.

"Bizim məqsədimiz ümumilikdə Azərbaycan iqtisadiyyatını və o cümlədən, kənd təsərrüfatını dəstəkləməkdir", - o qeyd edib.

Onun sözlərinə görə, tezliklə ABŞ özəl sektorda rəqabətqabiliyyətliliyin artırılması üzrə yeni proqramla çıxış edəcək.

"Bu proqram Azərbaycanın kənd təsərrüfatı istehsalçılarının mallarının rəqabətqabiliyyətliliyini artırmağa imkan verəcək", - Qiffort bildirib.

Seminarın işində müxtəlif idarələrin, o cümlədən kənd təsərrüfatı, iqtisadi inkişaf, səhiyyə, fövqəladə hallar nazirlikləri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin 30 -dan çox nümayəndəsi iştirak edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti