...

Avropanın xilas planı iqtisadi azalmanı dayandıra bilməyəcək – Qərb eksperti

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2008 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr/ Trend , müxbir A.Bədəlova/ Avropanın iqtisadiyyatın xilası üzrə planı regionda iqtisadi azalmanı dayandırmayacaq, - Britaniyanın iqtisadi araşdırmalar üzrə konsaltinq şirkəti Capital Economics-in iqtisadçısı Ben Mey (Ben May) hesab edir.

"Avrozonada banklararası kreditləşdirmənin stimullaşdırılması üzrə uzlaşdırılmış tədbirlərin elan edilməsi fond bazarlarına və avronun bərpasına kömək edib. Lakin biz bu planların 2009-cu ildə regionun iqtisadiyyatının durğun vəziyyətə düşməsinin qarşısını ala biləcəyinə şübhə edirik", - Mey çərşənbə axşamı elektron poçtla Trend -a bildirib.

Ötən həftə Avropa İttifaqının Parisdə keçirilən iclasında maliyyə böhranına müqavimət planı qəbul edilib. Sammitin yekunları üzrə Avropa ölkələri hökumətlərinin "vaxt əsasında" Avropanın əsas banklarına banklararası kreditlər üzrə zəmanət verəcəklərinə dair prinsipial qərar qəbul edilib.

Böyük Britaniya hökuməti üç iri banka - Royal Bank of Scotland, HBOS və Lloyds TSB-yə 37 mlrd. funt ($64 mlrd.) vermək və onların səhmlərinin bir hissəsini almaq barədə qərar qəbul edib. Öz növbəsində, Fransa hökuməti ölkənin bankları üçün banklararası kreditləşdirmə üzrə 320 mlrd. avroluq zəmanət təqdim edəcək. Almaniyanın təklif etdiyi xilas planına əsasən, ölkə hökuməti banklara veriləcək zəmanətlərin təmin edilməsi üçün 400 mlrd. avroyadək ($548,9 mlrd.) məbləğdə xüsusi fond yaradacaq.

Meyin bildirdiyinə görə, sammitin elanı regionun polismeykerlərinin vaxtında və razılaşdırılmış şəkildə hərəkət edə bilmələrini göstərib. Onun rəyinə görə, bu plan, ABŞ - ın xilas planı ilə müqayisədə, daha uğurlu olacaq.

"Lakin biz bu tədbirlərin bank kreditləşdirməsinin iqtisadiyyatın kəskin yavaşıması və daha davamlı azalmasından artımının aradan qaldırılması üçün kifayət edəcəyinə şübhə edirik", - iqtisadçı bildirib.

"Son uzlaşdırılmış hərəkətlərin regionun polismeykerlərinin vəziyyətin öhdəsindən gəlməyə çalışmalarına dəlalət etsə də, hesab edirik ki, kredit şəraiti gərgin olacaq və bu, 2009-cu ildə ÜDM artımının 1 faizdən sıfradək azalmasına gətirəcək", - Mey əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti