...

Azərbaycanın bankları və sığorta şirkətləri gəlir vergisindən azad edilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2008 06:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr / Trend müxbir Ü.İsmayılova, İ.Əlizadə/  Azərbaycanın bankları və sığorta şirkətləri 2009-cu ilin yanvarın 1-dən, 3 il müddətinə gəlir vergisindən azad edilə bilər. Bunu  parlamentin iqtisadi siyasət komissiyasının ötən günü keçirilən iclasında bildiriblər.

Vergilərdən azad edilmə "Bankların və sığorta şirkətlərinin kapitalının artırılması və stimullaşdırılması haqqında" qanun layihəsində öz əksini tapıb. Qanun layihəsi parlamentin daimi komissiyası tərəfindən təsdiq olunaraq Milli Məclisin müzakirəsinə göndərilib.

Qanunun qəbul olunmasında əsas məqsəd maliyyə sahəsinin inkişaf templərinin artırılması, bank və sığorta sektorunda xidmətin keyfiyyətinin yaxşılaşdırılmasıdı.    

Azərbaycanda gəlir vergisi 22 faiz təşkil edir. Ölkədə 45 bank, 28 sığorta şirkəti var.

Məqalə müəllifi ilə əlaqə ünvnanı: [email protected]

Xəbər lenti

Xəbər lenti