...

Azərbaycanın 2009-cu il icmal büdcəsi Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmamaqla ÜDM-ə nisbətən 15,2 faiz kəsirlə proqnozlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2008 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 noyabr/ Trend , müxbir N.İsmayılova/ Milli Məclisə təqdim edilmiş 2009-cu ilin büdcə paketində Azərbaycanın icmal büdcəsinin gəlirləri 22,68 mlrd. manat, xərcləri isə 14,758 mlrd. manat nəzərdə tutulub, - hökumətdən şənbə günü bildiriblər.

2008-ci ilin proqnozları ilə müqayisədə gəlirlər 29,9 faiz (5,125 mlrd. manat), xərclər isə 15,5 faiz (1,98 mlrd. manat) artacaq.

İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının (NMR) gəlir və xərcləri 272,2 mln. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2008-ci ilin göstəricisindən 24,6 faiz (53,9 mln. manat) çoxdur. Büdcə xərclərinin 11 faizi NMR-in öz gəlirləri, qalan hissəsi isə AR-ın dövlət büdcəsindən dotasiyalar hesabına örtüləcək.

İcmal büdcənin xərclərinin strukturunda Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1,775 mlrd. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2008-ci il proqnozlarını 26,3 faiz (370 mln. manat) ötür.

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xərcləri 29,9 faiz (1305,2 mln. manat) artacaq və 5,676 mlrd. manat təşkil edəcək. ARDNF, dövlət büdcəsinə 4,915 mlrd. manat transfertdən əlavə, digər dövlət layihələrinin maliyyələşdirilməsinə 761,3 mln. manat, o cümlədən Oğuz-Qəbələ zonasından Bakıya su kəmərinin çəkilməsinə 200 mln. manat, Samur-Abşeron suvarma sisteminin bərpasına 197 mln. manat, məcburi köçkün və qaçqınların sosial şəraitinin yaxşılaşdırılmasına 150 mln. manat, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 104,3 mln. manat və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 10 mln. manat vəsait yönəldiləcək.

İcmal büdcədə xarici kreditlər hesabına maliyyələşdirilən layihələr üzrə xərclər 791,1 mln. manat təşkil edəcək.

2009-cu ilin birləşdirilmiş büdcəsi 7,922 mlrd. manat profisitlə, ARDNF-ın gəlirləri nəzərə alınmadan 6,645 mlrd. manat kəsirlə və ya ÜDM-in 15,2 faizi səviyyəsində proqnozlaşdırılır.

Noyabrın 1-nə olan cari mübadilə məzənnəsi - 0,8095 AZN/USD

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti