...

AİB Gürcüstana iri kredit ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2008 20:58 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 noyabr / Trend , müxbir N.Kirtsxaliya/ Maliyyə böhranının qarşısının alınması və avqust hadisələrinin nəticələrinin aradan qaldırılması məqsədilə, Asiya İnkişaf Bankı Gürcüstan hökumətinə 70 mln. dollar məbləğində büdcə krediti ayırıb. Razılaşmanı çərşənbə günü Gürcüstanın maliyyə naziri Nikoloz Qilauri və AİB-in prezidenti Haruhiko Kuroda Tbilisidə imzalayıblar.

Qilaurinin sözlərinə görə, razılaşma ölkə büdcəsinə daxil olacaq 70 mln. dollar məbləğində uzunmüddətli kreditin ayrılmasını nəzərdə tutur. Bu, donorların Gürcüstana ayırdığı 4,5 mln. dollarlıq yardımın bir hissəsidir.

Kredit 40 il müddətinə, bir faiz illik tariflə və 10 il güzəştlə ayrılıb.

"Gürcüstan üçün Asiya İnkişaf Bankının ayırdığı yardım çox vacibdir", - nazir bildirib.

AİB prezidenti deyib ki, ilin sonunadək Gürcüstanda bankın nümayəndəliyinin açılması planlaşdırılır. Bu, əməkdaşlığın daha da fəallaşmasına imkan verəcək.

"Son illər apaılan islahatlar Gürcüstan hökumətinə yüksək inkişaf tempinə çatmaq imkanı verib. Biz Gürcüstanda dünya böhranının nəticələrinin minimuma endirilməsi məqsədilə işləməyə hazırıq", - Kuroda qeyd edib.

Gürcüstan 2007 - ci il fevralın 4- də Asiya İnkişaf Bankının 67- ci üzvü olub. Bank Gürcüstana 12081 ədəd (AİB kapitalının 0,344 faizi) məbləğində səhm paketi təklif edib.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti