...

Bakıda büdcəyə sektoral yanaşmanın dəstəklənməsi üzrə seminar keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2008 20:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr/ Trend / Bakıda büdcəyə sektoral yanaşmanın dəstəklənməsi üzrə tədris sessiyası çərçivəsində, iqtisadi inkişaf və dəstək məsələləri, Avropa Qonşuluq Siyasəti, sektoral büdcə dəstəklənməsi proqramları (SWAP) nəzərdən keçirilir, - Avropa İttifaqının Azərbaycana texniki yardım proqramlarının koordinasiya bürosunun (TACİS) məlumatında bildirilir.

Sessiya iki gün davam edəcək - 25 - 26 noyabr.

Tədris sessiyası Avropa Qonşuluq Siyasətinin yardımı ilə Avropa İttifaqının Azərbaycana köməyinin yeni yol və üsullarını təqdim edir.

Sessiyada yeddi əsas qiymətləndirmə sahəsi, sektoral büdcə dəstəklənməsi əməliyyatları dövriyyəsi, ətraf mühit sektoru üzrə sosial tədqiqatlar, peşə tədrisi və təhsili üzrə praktiki aspektlər təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti