Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir N.İsmayılova/ Garadagh Cement Səhmdar Cəmiyyəti dünya böhranı üzündən zavodun bağlanmasının mümkünlüyü bağlı yerli KİV-in yaydığı məlumatları təkzib edir, -çərşənbə axşamı Garadagh Cement-dən bildiriblər. .
Garadagh Cement adi qaydada və fasiləsiz işləyir, zavodun bağlanması ilə bağlı ehtimallar heç bir əsası olmayan şayiələrə əsaslanır, - müəsissə rəhbərliyi belə deyir.
Zavodun sement istehsalının gücü bu il 1,3 mln. tona çatacaq və bu, daxili sement bazarının ümumi həcminin 35 faizini təşkil edir.
Hazırda zavodda yeni sobanın tikilməsilə bağlı iş aparılır, onun istehsal gücü ildə 1,7 mln. ton sement təşkil edəcək. Sobanın tikintisinə və zavodun müasirləşdirilməsinə qoyulan sərmayələrin ümumi həcmi 300 mln. avrodur. Bu sərmayə proqramı Azərbaycan bazarına, keyfiyyətli sementlə təchiz olunmağa və ekoloji standartlara uyğunlaşmağa imkan verəcək.
Müəlliflə əlaqə ünvanı: [email protected]