...

Baku Steel Company şirkəti işini bərpa edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2008 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr/ Trend , müxbir S.Babayeva/ Azərbaycanın noyabrda təmir-bərpa işləri səbəbindən fəaliyyətini dayandıran iri metallurgiya müəssisəsi Baku Steel Company (BSC) istehsalı bərpa edib.

"Biz qısa müddət ərzində tökmə xətlərindən birini təmir etdik. Hazırda istehsal texiniki problemsiz həyata keçirilir", - deyə çərşənbə günü şirkətdən bildiriblər.

Əvvəllər BSC metal xammalın çatışmazlığı səbəbindən fəaliyyətini dəfələrlə dayandırıb.

Şirkətdən bildiriblər ki, bu gün zavoda olduqca az həcmdə xammal daxil olur - sutkada cəmi 200-500 ton, lakin layihə gücünə görə bu göstərici 1,4 min tona çata bilər.

"Bu az həcmdir, lakin müəssisədə istehsalı dayandırmamaq üçün hələ ki, yetərlidir", - deyə şirkətdəki mənbə bildirib.

Bu gün ölkənin ən iri vergi ödəyicilərindən biri olan BSC-nin istehsal gücü ildə 350 min ton təşkil edir.

Xəbər lenti

Xəbər lenti