...

2009 - cu ildə Azərbaycan - Türkiyə Bankının artım tempi Azərbaycanda inflyasiya gözləmələrindən iki dəfə artıq olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2008 14:21 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir İ.Xəlilova/ Dünya maliyyə böhranı dərinləşsə də, AzerTurk Bank 2009-cu ildə inkişaf tempini artıracaq və bankın biznes -inkişaf strategiyası ilin əvvəlində dəqiqləşdiriləcək. Bu barədə AzerTurk Bank-ın idarə heyətinin sədri Mehmet Sami Acarozmen bildirib. Gələn il inflyasiyanın 15 faizlik artım proqnozu şəraitində, bank göstəricilərinin orta artım səviyyəsi minimum 30 faiz səviyyəsində gözlənilir.

Hazırda AzerTurk Bank-ın aktivləri 50 mln. manat təşkil edir və gələn il onların 25-30 faiz artırılması gözlənilir. Onun sözlərinə görə, bəzi yerli banklardan fərqli olaraq, AzerTurk Bank kreditləşməni dayandırmayıb və gələn il kredit portfelini artırmağı davam etdirəcək. Onun hələ əvvəllər bildiridiyinə görə, Türkiyə T.C.Ziraat Bankası A.S. növbəti ildən Türkiyə bankının iştirak payının 50 faiz təşkil etdiyi AzerTurk Bank vasitəsilə Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının kreditləşdirilməsini artırmağı planlaşdırır.

AzerTurk Bank indiyədək kənd təsərrüfatı müəssisələrini, dəyirmanları və meşə qozu istehsalçılarını (Zaqataladakı zavodları) maliyyələşdirib. Bu gün onun aqromaliyyələşdirmə payı bankın ümumi kredit partfelində ($40 mln.) 5 mln.dollar təşkil edir.

Filialların sayının artırılması da planlaşdırılır. Daha üç filial açıldıqdan sonra AzerTurk Bank filiallarının ümumi sayı altı-yeddiyə çatacaq.

Acarozmen bildrib ki, yeni bank xidmətləri, o cümlədən Internet Banking-in tətbiqi də bankın planlarına daxildir.

Gələn il bankın Nizamnamə kapitalının 20 mln. manatadək - iki dəfə artırılması planlaşdırılır. Bu göstərici Ziraat Bankasi səhmdar payının artacağı təqdirdə daha yüksək ola bilər. AzerTurk Bank-da Türkiyə kapitalının iştirak payı, Nizamnamə kapitalında səhmlərin 46 faizinin birgə banka məxsus olduğu "Aqrar-kredit" qeyri-bank kredit təşkilatının özəlləşdirilməsi ilə əlaqədar arta bilər. Qalan 4 faiz Azərbaycanın Turan Bank-na məxsusdur.

AzerTurk Bank 1995-ci il mayın 25- də təsisi edilib.

Dekabrın 15 - nə olan rəsmi məzənnə 0,805 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti