...

2009 - cu ildə USAİD - in dəstəyi ilə Azərbaycanın müxtəlif regionlarında sərmayə konfransları təşkil olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2008 20:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr/ Trend , müxbir N.İsmayılova/ Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) USAİD-in icraçı tərəfdaşı - Chemonics İnternational-la birgə Azərbaycanın müxtəlif regionlarında sərmayə konfransları keçirməyi planlaşdırır, - AİŞ-in bazar ertəsi yayılan məlumatında deyilir.

USAID-in maliyyələşdirdiyi Sektorlararası Rəqabətə Dəstək Proqramı (PSCEP) çərçivəsində birinci konfrans dekabrın 11-də keçirilib. Tədbirdə təchizat, biznes-xidmətlərin göstərilməsi sahəsində çalışan 20-dən çox şirkətin AİŞ, Xəzər Beynəlxalq İnvestisiya Şirkəti, USAID, PSCEP, Beynəlxalq Maliyyə Korporasiyası və Dəvəçi Broyler tərəfindən təqdimatlar təqdim edilib.

AİŞ, Azərbaycan prezidenti İlham Əliyevın sərəncamı ilə 2006-cı ilin martında  90 mln.  manat ilkin kapitalla yaradılıb. Şirkətin  əsas məqsədi Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna yerli və xarici birbaşa sərmayələrin cəlb olunmasına dəstək vermək və müxtəlif layihələri birgə maliyyələşdirməkdən ibarətdir.

PSCEP Azərbaycan Hökumətinin dəstəyi ilə realizə olunan USAID-in Proqramıdır. O, iqtisadiyyatın altı əsas sektorunda və səkkiz alt-sektorunda rəqabətədavamlılığı təkmilləşdirməyə yönəlib. Potensial sektorlara meyvə-tərəvəzin emalı, ət və süd məhsullarının istehsalı, informasiya və kommunikasiya texnologiyaları, yüngül sənaye və qablaşdırma sahələri daxildir.

Dekabrın 15-nə olan cari mübadilə məzənnəsi -- 0,805 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti