...

Azərbaycan Milli Bankı mərkəzləşdirilmiş kütləvi ödənişlər sistemini yaradır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2008 20:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr/ Trend , müxbir N.İsmayılova/ Azərbaycanın dövlət qurumları Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KOMİS) çərçivəsində əməliyyatların aparılması üzrə saziş imzalayıblar, - Azərbaycan Milli Bankından bazar ertəsi bildiriblər.

Sazişi AMB, kütləvi ödənişlər üzrə klirinq  hesablamaları sisteminə (XOHKS) üzv banklar, prosessinq kart mərkəzi, kütləvi xidmət müəssisələri və Azərpoçt Dövlət Müəssisəsi imzalayıblar.

Saziş, abunəçilərin kütləvi ödənişlər üzrə borcları barədə məlumat almaq və elektron abunəçi bazasının yaradılması yolu ilə istənilən ödəmə mexanizmi vasitəsilə (nəqd yəolla, plastik kart, İnternet-banking vasitəsilə və s.) ödənişin aparılması  imkanını təmin etməyi nəzərdə tutur.

Milli Bank KOMİS - in sahibi və operatorudur, kütləvi xidmət müəssisələri üçün vahid koda əsaslanmış birləşdirilmiş elektron abunəçi bazası yaratmalıdır. o, sistemin, o cümlədən bayram və istirahət günlərində sutkada 24 saat fasiləsiz işini də təmin etməlidir.

Prosessinq kart mərkəzinə informasiya mübadiləsini aparmaq üçün müvafiq telekommunikasiya şəbəkəsini qoşmaq, ATM və POS - terminallardan istifadə etməklə, plastik kartlar vasitəsilə ödənişin aparılması üçün müvafiq interfeys yaratmaq həvalə olunur.

Banklar və Azərpoçt da bu telekommunikasiya şəbəkəsinə qoşulmalı, sistemin tələblərinə cavab verən telekommunikasiya və texniki avadanlıq yaratmalıdırlar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti