...

Britaniyalı analitiklər 2009 - cu ildə qızılın qiymətinin xeyli düşəcəyini proqnozlaşdırırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2008 18:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr/ Trend , müxbir A.Bədəlova/ Britaniyanın iqtisadi tədqiqatlar üzrə Konsaltinq Şirkəti Capital Economics-in proqnozlarına əsasən, 2009-cu ildə qızılın qiyməti 288 dollar düşəcək və orta hesabla, bir troya unsiyasına görə, 550 dollar təşkil edəcək.

Şirkətin proqnozlarına görə, 2010-cu ildə də bu rəqəm dəyişməz qalacaq. Gələn il qızılın maksimal qiyməti birinci rübdə müşahidə ediləcək - bir troya unsiyasına görə 700 dollar. Sonrakı rüblərdə sarı metalın dəyərinin bir troya unsiyasına görə 50 dollar düşəcəyi qeydə alınacaq.

Dünən COMEX- də (Nyu -York Əmtəə Birjasının bölməsi) ticarətin yekunlarına görə, qızılın fevral fyuçerslərinin qiyməti 9,1 dollar - bir troya unsiyasına görə 838,1 dollaradək düşüb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti