...

Yaponiya korporasiyası Azərbaycanda dəmir yolu magistralının bir hissəsinin qiymətləndirilməsini aparıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Yanvar 2009 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 yanvar/ Trend , müxbir İ.Xəlilova/ Yaponiyanın İtochu Korporasiyası Yalamadan Bakıyadək dəmir yolu magistralı sahəsinin qiymətləndirilməsini aparıb, - ölkənin Nəqliyyat Nazirliyindən çərşənbə axşamı bildiriblər.

Mənbənin sözlərinə görə, Korporasiya artıq layihənin texniki - iqtisadi əsaslandırmasını (TİƏ) hökumətə təqdim edib. TİƏ - yə əsasən, magistralın bu sahəsində hərəkət sürətini 150-200 km/saatadək artırmaq təklif olunur və layihə 660 mln. dollar qiymətləndirilir.

2008 - ci il oktyabrın 1 - dən Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyini (JİCA) birləşdirən Yaponiya Maliyyə Korporasiyası və Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBİC) layihəni maliyyələşdirməyə hazırlığını ifadə edib. Ümumi dəyəri 1,252 mlrd. manat olan Azərbaycanın dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi Dövlət Proqramı (2008 - 2013 - cü illər) hələ təsdiqlənmədiyindən, ölkə hökuməti onun maliyyələşdirmə mənbələrini hələ konkretləşdirməyib.

Yalnız bundan sonra yapon Korporasiyası maliyyələşdirmə təkliflərini təqdim etmək niyyətindədir.

Korporasiya Yaponiya Sığorta Agentliyinin cəlb edilməsi ilə Konsorsiumda çıxış etmək niyyətindədir və podartçı qismində İtochu şirkətini təklif edir.

Əvvəllrə JBİC dəmir yolunun elektrikləşdirilməsi üçün Azərbaycana 260 mln. dollar məbləğində kredit təqdim etmək təklifini irəli sürürdü. Ölkənin dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində, elektron təchizatı sistemini dəyişmək və daimi cərəyandan dəyişkən cərəyana keçidi həyata keçirmək planlaşdırılır.

Bank bu layihəyə illik 0,75 faizdən aşağı dərəcə ilə güzəştli maliyyələşdirmə (10 il güzəştli dövr olmaqla, 40 il müddətinə) təqdim etməyə hazırdır.

Yanvarın 6 - na olan cari mübadilə məzənnəsi -- 0,802 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti