...

Nar Mobile -dan "BəxtəvərSƏN" lotereyasının dördüncü tirajı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2009 19:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 yanvar/ Trend /Azərbaycanın Azərfon (Nar Mobile ticarət nişanı) GSM  operatoru tərəfindən "BəxtəvərSƏN" yeni il lotereyasının dördüncü tirajı keçirilib. Lotereyanın əsas hədiyyələri 2435126 və 6834025 qeydiyyat nömrəli şifrələrin sahibləri -  hərbi qulluqçu Güləliyev Ağəli (50 000 manat) və dördüncü kurs tələbəsi Şükürov Xəyal (Honda CR-V)  qazanıb, - Azərfon-un  məlumatında deyilir.

Bundan başqa, 2008-ci  il dekabrın 28 - dən 2009 - cu il yanvarın 3 - dək öz balanslarına Dəqiqə və ya SMS şifariş edən ən  aktiv iştirakçılar Nar Mobile - dan 5 ədəd Toshiba noutbuku, 10 ədəd Nokia E71 və 50 ədəd "qızıl" nömrə əldə ediblər.

Abunəçilər 30 dəqiqə və ya 30 SMS sifariş etməklə lotereyada iştirak edirlər. Qeydiyyatdan keçmək üçün abunəçi D və ya S yazaraq, 737 nömrəsinə sifariş göndərməlidir. Sifarişin qiyməti 1 manat təşkil edir. "BəxtəvərSƏN" lotereyasında qeydiyyatdan keçərkən bütün iştirakçılar hər bazar saat 20:30 - da canlı yayımda oynanılan Honda CR -V avtomobilinin və ya 50 min manatlıq uduşun sahibi olmaq imkanını qazanırlar.

"BəxtəvərSƏN" lotereyası fevralın 1 - dək davam edəcək.

Hər həftə ən aktiv 65 iştirakçı  Toshiba noutbuku, Nokia E71 mobil telefonu və Qızıl Nar nömrələri əldə edirlər. Yeni İl Lotereyasında abunəçinin qeydiyyat sayına heç bir məhdudiyyət qoyulmur. Lotereyada daha çox qeydiyyatdan keçməklə, abunəçi qalib olmaq şansını artırır.

Azərfon MMC (Nar Mobile ticarət nişanı) 2005 - ci ilin sonunda Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən ölkə ərazisində mobil rabitə xidmətlərinin göstərilməsinə lisenziya alıb. Operator 2007 - ci il martın 21 - dən kommersiya fəaliyyətinə başlayıb.

Xəbər lenti

Xəbər lenti