...

Azercell Şri-Lanka ilə GPRS/MMS rouminq xidməti üzrə ilk müqaviləsini bağlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2009 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar/ Trend , müxbir S.Babayeva/ Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom Şri Lankanın "Tigo" operatoru ilə GPRS/MMS rouminq xidmətini abunəçilərin istifadəsinə verib. Şirkətin məlumatında bildirilir ki, bu, Azercell-in Şri-Lanka ilə ilk rouminq sazişidir.

İndiyədək ölkənin iri GSM operatoru Azercell Telekom 68 ölkənin mobil rabitə operatorları ilə 164 GPRS/MMS rouminq sazişi bağlayıb.

Operator 3,5 mln. abunəçiyə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti