...

Azərbaycan KfW ilə kadastr layihəsi konsepsiyasının hazırlanmasına yardım haqqında müqavilə imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2009 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 fevral/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Alman İnkişaf Bankı KfW ilə "Daşınmaz əmlakın kadastrı və reyestri" layihəsi çərçivəsində konsepsiya mərhələsi və tender mütəxəssislərinin hazırlanmasının maliyyələşdirilməsi haqqında müqavilə imzalayıb, - Dövlət Xidmətinin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Bank bu məqsədlər üçün Dövlət Xİdmətinə 450 min avro məbləğində qrant ayırıb, - KfW-nin Bakı ofisinin rəhbəri Natiq Abdullayev çərşənbə axşamı bildirib.

Bankın texniki yardımı 18 aya hesablanıb və yardım çərçivəsində torpaqölçmə üçün özəl sektorun cəlb ediləcəyi gözlənilir. Sonradan özəl sektor layihə çərçivəsində xəritənin yaradılmasında da iştirak edəcək. Bankın Bakı ofisinin rəhbərinin rəyinə görə,  layihənin əsası hazırlandıqdan sonra KfW tərəfdən layihə üçün maliyyələşdirmənin həcmi də müəyyən ediləcək. Alman bankı ilk əvvəl kadastrın yaradılması layihəsinə 2,5 milyon avro kredit, təşkilat-benefisiarın institusionallaşmasına isə 1 mln. avro qrant ayırmağa hazır olduğunu bildirmişdi.

Layihə torpaqların, sahələrin və daşınmaz əmlakın qeydiyyatının aparılması üçün Gəncə şəhəri və Şəki rayonunda sistemli kadastr uçotunun aparılmasını nəzərdə tutur. Geodeziya tədqiqatları əsasında onların dəqiq koordinatları kadastr xəritəsinə daxil ediləcək.

KfW-nin daşınmaz əmlakın qeydiyyatı layihəsi Dünya Bankının artıq həyata keçirilməsi başlanan analoji layihəsindən məhz geodeziya tədqiqatlarının aparılmasına yanaşma və bütün torpaq sahələri və daşınmaz əmlakın koordinatlarının dəqiqləşdirilməsi ilə fərqlənəcək. DB-nin Azərbaycan ərazisinin 40 faizini əhatə etməklə qeydiyyatın aparılacağı layihəsində bu, vəziyyətdən vəziyyətə - daşınmaz əmlakın alqı və ya satqı vaxtlarında ediləcək. DB-nin Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı layihəsinin dəyəri 38,57 мilyon dollar təşkil edir və bunun 30 milyon dolları bankın kreditinin payına düşür.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected] 

Xəbər lenti

Xəbər lenti