...

Azərbaycan öz potensialı sayəsində böhranın mənfi təsirindən qaça bilər - deputat

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2009 16:14 (UTC +04:00)

Аzərbaycan, Bakı, 11 fevral / Trend , müxbir N.İsmayılova/ Azərbaycanın malik olduğu potensial sayəsində beynəlxalq iqtisadi böhran ölkə iqtisadiyyatına mənfi təsir göstərməyəcək, - Qiymətləndiricilər Birlliyinin sədri, millət vəkili Xanhüseyn Kazımlı "Beynəlxalq iqtisadi böhran şəraitində Azərbaycan reallıqları" mövzusunda keçirilən konfransda bildirib.

"Müşahidə edilən böhranın dünyanın bütün ölkələrinə öz təsirini göstərməsinə baxmayaraq, Azərbaycan kimi müəyyən potensiala malik ölkələr indiki vəziyyətin öhdəsindən gəlməyə və bu vəziyyətdən müvəffəqiyyətlə çıxmağa qadirdir", - Kazımlı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın geniş imkanları onun təbii sərvətləri, bu sahənin istifadə edilməmiş potensialı, hasiledici, emaledici, yüngül sənaye və həmçinin gələcəkdə aqrar sektorun inkişafından ibarətdir.

"Böhranın ölkəyə mənfi təsiri barədə bütün fikirlər əsassızdır. Hökümət tərəfindən əks tədbirlərin görülməsi vacibdir və bu halda Azərbaycanın böhranın mənfı təsirini hiss etməmək imkanı var", - Kazımlı deyib.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti