...

Azərbaycanda keyfiyyətsiz məhsulların satışı ilə məşğul olan sahibkarlara qarşı tədbirlər gücləndirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2009 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir Ü.İsmayılova /

İstehlakçılara vaxtı keçmiş və istifadəyə yararsız məhsulların satılmasına görə sahibkarlar, ticarət obyektlərinin sahibləri məsuliyyət daşıyır, - cümə axşamı Gigiyena və Epidemiologiya Mərkəzinin başçısı Ziyəddin Kazımzadə bildirib.

"Belə hallarda istehlakçılar ilk növbədə yararsız məhsulların satışı ilə məşğul olan sahibkarlara müraciət etməlidir", - deyə Kazımzadə bildirib. 

Onun sözlərinə əsasən, sahibkarlar tərəfindən məsələnin həllindən imtina edilməsi hallarında istehlakçı öz haqlarının qorunması məqsədi ilə müvafiq dövlət orqanlarına müraciət etməlidir. Gigiyena və Epidemiologiya Mərkəzi müraciətlər əsasında ticarət obyektinin bağlanması və bütün keyfiyyətsiz malların məhv edilməsi barədə qərar qəbul edir.

"Mərkəz hazırda iş rejiminin gücləndirilməsinə keçərək sutkanın 24 saatı ərzində istehlakçıların şikayətlərini qəbul edir. Nəticədə xüsusi dəstələr məsələnin həlli məqsədi ilə həmin yerə yollanır", - deyə Kazımzadə bildirib.

Hazırda Gigiyena və Epidemiologiya Mərkəzi şəhərin açıq məntəqələrində buynuzlu heyvanların kəsilməsi və ətinin satışının dayandırılması, sertifikatı olmayan məhsulların satışının aradan qaldırılması və vətəndaşların ekoloji cəhətdən təmiz içməli su ilə təmin edilməsi istiqamətində işlər aparır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti