...

Gürcüstanda 2008-ci ildə iqtisadi artımın göstəricisi 2,1 faiz təşkil edib – Baş nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2009 17:29 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 31 mart / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın Statistika Departamenti 2008-ci ilin yekunlarını açıqlayıb. Ötən ildə iqtisadi artımın göstəricisi 2,1 faiz səviyyəsində qeyd edilib. Bu barədə hökümət iclasından əvvəl Baş nazir Nikoloz Qilauri bildirib.

"Bu elə də böyük rəqəm deyil, lakin qlobal maliyyə böhranını nəzərə alsaq, bu göstəricini müsbət qiymətləndirmək olar", - deyə Qilauri qeyd edib.

Baş nazirin sözlərinə əsasən, 2009-cu ilin birinci kvartalının nəticələri üzrə işlər barədə yaxın gələcəkdə ictimaiyyət də məlumatlandırılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]        

Xəbər lenti

Xəbər lenti