...

Birinci rübdə Azərbaycanda qeyri-neft sektoru üzrə ÜDM artımı proqnozlara müvafiq olacaq – Dövlət Statistika Komitəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2009 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir N.İsmayılova /

Azərbaycanda birinci rübün yekununda qeyri-neft sektoru üzrə ÜDM artımı proqnozlara müvafiq olacaq. Bu barədə cümə günü keçirilən mətbuat konfransında Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib.

"Rübün yekununda qeyri-neft sektoru üzrə artım, əvəllər Azərbaycan prezidenti İlham Əliyevin bildirdiyi kimi, 14 faiz səviyyəsində gözlənilir. Birinci rübün yekunu üzrə makroiqtisadi göstəricilərin dəqiqləşdirilməsi prosesi hazırda davam etdirilir, lakin güman edirəm ki, ay ərzində ciddi dəyişiklik olmayacaq və proqnoz icra olunacaq", - deyə Vəliyev bildirib.

Cari ilin ilk iki ayı ərzində, ÜDM-in ümumi həcmində qeyri-neft sektorunun payı 13,9 faiz artım ilə 53,9 faiz təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti