...

Dünya Bankı Azərbaycanda dəmiryolu layihəsi üzrə sazişin imzalanmasına razılıq alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2009 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir N.İsmayılova /

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Bankı (DB) ilə ümumi dəyəri 673,8 mln.dollar olan dəmiryolu üzrə tranzit və ticarətə yardım layihəsinə dair kredit sazişinin imzalanmasını təsdiq edib. Bu barədə çərşənbə axşamı bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qreqori Yedceyçak bildirib.

Onun sözlərinə görə, bu layihənin imzalanması ilə bağlı gecikmə bankın Azərbaycanda yeni layihələr həyata keçirməsinə təsir göstərmir.

DB hələ ötən ilin martında bu layihənin reallaşdırılması üçün ölkəyə 450 mln. dollar məbləğində kreditin ayrılmasını təsdiq edib. Onun reallaşdırılmasının ümumi dəyəri 1,2 mlrd. dollar olan və hələ təsdiq olunmayan Azərbaycanın dəmiryolu infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramının (2008-2013-cü illər) qəbulundan sonra mümkün olması DB layihələrinin ləngiməsinə gətirib çıxarır.

Kredit resursları Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının xətti ilə libor+0,05 faiz dərəcəsi üzrə və dörd il güzəştli dövr ilə 17 il müddətinə ayrılıb. Vəsaitin qalan hissəsi Azərbaycan hökumətinin payı hesabına təmin ediləcək. 

Layihə üç komponentdən ibarətdir. İlkin olaraq dəmiryolu təsərrüfatı və Bakıdan Gürcüstan sərhədinə qədər olan dəmiryolu hissəsinin bərpası, 3,3 kV-lıq daimi cərəyandan 25 kV-lıq dəyişən cərəyana keçid, elektrik təchizatına keçidlə əlaqədar siqnal sistemlərinin dəyişdirilməsi nəzərdə tutulub.

İkinci komponent çərçivəsində 50 elektrik lokomotivinin əldə edilməsi, üçüncü - Dəmiryolu İdarəsinin modernləşdirilməsi və fəaliyyətinin bazar iqtisadiyyatı tələblərinə yaxınlaşdırılması nəzərdə tutulub. Hazırda hökumətdə idarənin Səhmdar Cəmiyyətə dəyişdirilməsi məsələsi nəzərdə keçirilir.

Layihə dörd ilə nəzərdə tutulub.

Alınan vəsait, qismən (235 mln. dollar) dövlət büdcəsi hesabına, 215 mln. dollar isə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin şəxsi vəsaiti hesabına ödəniləcək.

Məqalə müəllifi iləəlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti