...

Azərbaycan regionlarında əmək yarmarkaları keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2009 19:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir S.Babayeva /

"Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkənin regionlarında may ayından etibarən əmək yarmarkaları keçirməyi planlaşdırır", - çərşənbə günü nazirliyin Baş Məşğulluq İdarəsində deyilib.

"Hazırda həmin yarmarkaların vaxtlarının dəqiqləşdirilməsi prosesi gedir", - idarədən bildirilib.

Ötən il olduğu kimi, əmək yarmarkaları Azərbaycanın bütün regionlarını əhatə edəcək.

Ötən il 58 əmək yarmarkasının yekununda bütün Azərbaycan üzrə 9475 nəfər işə götürülüb.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə martın əvvəlinə ümumilikdə iqtisadi fəal əhalinin məşğul hissəsi 4059,7 min nəfər olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: с[email protected]

Xəbər lenti

Xəbər lenti